
Su izolyasiya və germetizasiya
MasterSeal® – universal su izolyasiya həlləri
Master Builders Solutions brendi altında təqdim edilən MasterSeal həlləri beton konstruksiyaları ətraf mühitdəki suyun, nəmişliyin və çirkləndirici maddələrin arzuolunmaz sızmasından qoruyan yüksək effektiv su izolyasiya və germetizasiya məhsullarıdır.
Su izolyasiya üzrə ekspertləri dünyanın bütün regionlarında investorlara, layihə sifarişçilərinə və planlaşdırıcılarına, örtük çəkmə üzrə mütəxəssislərə təmir, su izolyasiya və betonun germetizasiyası üçün məhsulların unikal birləşməsini ən qənaətli, etibarlı və uzunömürlü həll kimi təklif edir.
Biz əllə və ya tozlama üsulu ilə çəkilən, istənilən növ beton konstruksiyaların bərpası və müdafiəsi üçün nəzərdə tutulmuş innovativ və tez bərkiyən su izolyasiya tərkibləri tədarük edirik.
Master Builders Solutions brendinə məxsus germetiklər dayanıqlı yapışma yaradır. Bu, bir neçə səth arasındakı hərəkətə mane olmur, lakin konstruksiyanın daxilinə su, nəmişlik və ya çirkləndirici maddələrin sızmasının qarşısını alır. Nəticədə su və kimyəvi maddələrin dağıdıcı təsirlərindən müdafiə yaranır, konstruksiya hətta yüksək nəmişlik və hərəkət intensivliyi olan mühitlərdə belə bütövlüyünü saxlayır.
MasterSeal® su izolyasiya və mastikalar məhsul qrupu:
• Sintetik membranlar
• Sement/akril əsaslı
• Bitum əsaslı su izolyasiya materialları
• Poliuretan əsaslı
• Poliurea əsaslı
• Epoksid əsaslı
• Hibrid polimer əsaslı
• Polisulfid əsaslı
• Bitum – poliuretan əsaslı
• Su izolyasiya aksesuarları
MasterSeal® tətbiq sahələri:
• Özül və arakəsmələr
• Nəm sahələr
• Eyvanlar
• Dam və yaşıllıqlı damlar
• Avtomobil dayanacaqları
• Təyyarə anqarları və hava limanları
• Terrasların su izolyasiyası
• Tunellər
• Hovuzlar və süni göllər
• Körpülər
• Sənaye müəssisələri və sənaye qurğuları
• Su anbarları
• Tikişlərin izolyasiyası.